Domeniko Tedeskonun rəhbərliyi ilə "Fənərbağça" yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir.
Sport1.az xəbər verir ki, "sarı lacivərtlilər" "Bavariya"nın yarımmüdafiəçisi Leon Qoretzkanı rənglərinə bağlamaq istəyir.
Bu mövsüm az forma şansı tapan almaniyalı futbolçunun müqaviləsi iyunda başa çatır.
Qeyd edək ki, Qoretzka 2018-ci ildən "Bavariya"nın şərəfini qoruyur.