Rumıniya millimizi darmadağın etdi - YENİLƏNİB

Bölmə adı Azərbaycan
Yayımlandı 14-10-2025, 19:38

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa Çempionatının seçmə mərhələsində bu gün sonuncu - üçüncü matçına çıxıb.

Sport1.az xəbər verir ki, IX qrupda yer alan komanda Rumıniya ilə üz-üzə gəlib.

Fransanın Kapbreton şəhərində yerləşən "Bourret" stadionunda keçirilən oyun rəqibin 5:1 hesablı qələbəsi ilə bitib.

Yığmamızın yeganə qolunu 20-ci dəqiqədə Əli Bəşirov vurub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR