“Bavariya” “Nottingem Forest”in müdafiəçisini transfer etmək istəyir

Bölmə adı Almaniya
Yayımlandı 12-10-2025, 14:52

“Bavariya” “Nottinqem Forest”in mərkəz müdafiəçisi Murillonu hədəfləyir. 23 yaşlı futbolçu ilə “Çelsi” də maraqlanır.

Sport1.az xəbər verir ki, mənbənin məlumatına görə, futbolçunun qiyməti 55 milyon avrodur. Bu o deməkdir ki, alman nəhəngləri Murillonu almaq üçün ilk növbədə öz oyunçularını satmalı olacaqlar.

“Real”ın daha əvvəl braziliyalı müdafiəçini transfer etməyə çalışdığı vurğulanır.

Futbolçu 2023-cü ilin yayından ingilis klubunda çıxış edir. Bu mövsüm Murillo bütün turnirlərdə 5 oyun keçirib, lakin qol vurmayıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR