"Qalatasaray"ın transfer hədəfi

Bölmə adı Türkiyə
Yayımlandı 11-10-2025, 18:12

"Qalatasaray" qış "transfer pəncərəsi"ndə heyətini gücləndirmək niyyətindədir.

Sport1.az xəbər verir ki, "sarı-qırmızılar" "Qaziantep"in 21 yaşlı yarımmüdafiəçisi Kaçper Kozlovski ilə maraqlanır.

Qabriel Sara ilə yolları ayırmaq istəyən İstanbul təmsilçisi bu boşluğu polşalı futbolçu ilə doldurmağı planlaşdırır.

Qeyd edək ki, Kaçper bu mövsüm Super Liqada çıxdığı 8 matçda 2 qolla yadda qalıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR