Alleqri ötən ayın ən yaxşısı seçildi

Bölmə adı İtaliya
Yayımlandı 10-10-2025, 20:54

İtaliya A Seriyasında sentyabr ayının ən yaxşı baş məşqçisi məlum olub.

Sport1.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Milan”ın çalışdırıcısı Massimiliano Alleqridir.

58 yaşlı mütəxəssisə mükafat 19 oktyabrda keçiriləcək “Milan” - “Fiorentina” matçından əvvəl təqdim olunacaq.

Qeyd edək ki, “Milan” ötən ay A Seriyasında keçirdiyi 3 oyunun hər birini qələbə ilə başa vurub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR