İspaniya Superkubokunun təqvimi bilindi

Bölmə adı İspaniya
Yayımlandı 7-10-2025, 23:52

İspaniya Superkubokunun təqvimi açıqlanıb.

Sport1.az xəbər verir ki, yarış 2026-cı ilin yanvarında Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək.

İspaniya Kral Futbol Federasiyasının rəsmi saytı yarımfinal matçlarının yanvarın 7 və 8-də oynanılacağını açıqlayıb.

Bu mərhələdə "Barselona" "Atletik"lə, "Real" "Atletiko" ilə üz-üzə gələcək. Final isə yanvarın 11-də olacaq. Superkubokun bütün oyunları “Əlinma” stadionunda oynanılacaq.

Qeyd edək ki, ötən il sözügedən yarış Ciddədə "King Abdullah Sports"da keçirilib. Finalda “Barselona” “Real"ı 5:2 hesabı ilə məğlub edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR