UEFA Çempionlar Liqasının II turunda "Barselona" PSJ-ni qonaq edəcək. Sport1.az xəbər verir ki, matçdan əvvəl Kataloniya təmsilçisinin ulduzu Pedri bu oyuna intiqam ruhunda çıxdığını söyləyib:
"2 il öncə PSJ-yə məğlub olduğumuz an Çempionlar Liqasının yarımfinalının bir addımlığında idik. Çox çətin qarşılaşma idi. Onlardan intiqam almaq istəyirik. Bu il nüfuzlu turnirdə ötən mövsüm edə bilmədiyimizi bacarmaq istəyirik. Əlbəttə, hər kəs belə bir komandaya qarşı oynamaq istəyər. Müsabiqənin əsas maraqlı tərəfi bundan ibarətdir".