Simon Banza da ərəb klubuna keçdi

Bölmə adı Digər Liqalar
Yayımlandı 22-09-2025, 20:49

"Braqa"nın hücumçusu Simon Banza karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

Sport1.az xəbər verir ki, konqolu forvard "Əl-Cəzirə"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Simon Banza ötən mövsüm icarə əsasında "Trabzonspor"da çıxış edib.

Müəllif: Sport1.az