"Baş məşqçilik edə biləcəyim yeganə klub "Real"dır"

Bölmə adı İspaniya
Yayımlandı 15-09-2025, 17:54

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti sabiq klubu "Real" haqda danışıb.

Sport1.az xəbər verir ki, mütəxəssis deyib:

"Braziliya millisindən sonra çalışdıra biləcəyim yeganə komanda “Real”dır. Amma bunun baş verəcəyini düşünmürəm. Mənim Braziliya millisi ilə 1 illik müqaviləm var. Bundan sonra hər şey ola bilər. Müqaviləni daha 2 illik uzadaraq yığmada qala bilərəm. Ya da 4 il. Hazırda əsas məsələ komandanı dünya çempionatına hazırlamaqdır".

Qeyd edək ki, Ançelotti 2013-2015 və 2021-2025-ci illərdə Madrid təmsilçisinin baş məşqçisi olub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR