Azərbaycanlı futbolçu Xorvatiyada ilk qolunu vurdu

Bölmə adı Digər Liqalar
Yayımlandı 10-09-2025, 10:28

Xorvatiya kubokunda 2-ci raundun oyunları keçirilib.

Sport1.az xəbər verir ki, Rüfət Abdullazadənin formasını geyindiyi "Varajdin" "Qay" klubu ilə qarşılaşıb və rəqibini 7:1 qalib gəlib.

Meydana start heyətində çıxan Rüfət 66-cı dəqiqəsində əvəzlənib.

O, komandasının ilk qolunu da 12-ci dəqiqədə vurub.

Qeyd edək ki, bu, Abdullazadənin “Varajdin”də vurduğu ilk qoldur.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR