“Maraqlı və gərgin qarşılaşma olacaq“ - Vüqar Nadirov

Bölmə adı II Liqa / Manşet
Yayımlandı 5-09-2025, 20:32

Sabah II Liqada 1-ci tur start götürəcək.

Çempionluğa iddialı komandalar arasında göstərilən “Şəmkir” ilk turda səfərdə debütant “Şirvan”ın qonağı olacaq.

Komandanın hazırlığı və ilk turdakı rəqib barədə qərb təmsilçisinin baş məşqçisi Vüqar Nadirov Sport1.az-a açıqlama verdi:

“Toplanışımızı başa vurmuşuq və artıq diqqətimizi sabahkı oyuna yönəltmişik. Transfer çalışmalarımız da davam edir, amma bu barədə indidən nəsə demək istəmirəm.

Rəqibimiz II Liqada debüt edir və ilk oyunu doğma meydanda keçirəcək. Hesab edirəm ki, maraqlı və gərgin qarşılaşma olacaq. Bizim üçün əsas məsələ çempionata yaxşı başlamaq və uğurlu nəticə qazanmaqdır”.


Mirzə S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR