Azərbaycan II Liqasında çıxış edəcək “Şəki City” Futbol Klubu yeni inkişaf strategiyası çərçivəsində mühüm dəyişikliklərə imza atıb.
Sport1.az xəbər verir ki, klubun İdarə Heyətinin qərarına əsasən, komandanın ad və loqosu yenilənib. Yeni qərara əsasən, klubun rəsmi adı bundan sonra “Şəki PFK” (Şəki Peşəkar Futbol Klubu) olacaq. Loqo da müasir dizayn üslubunda yenilənib.
Rəsmi açıqlamada bildirilib ki, bu dəyişikliklər klubun gələcək hədəflərinə və tarixi kimliyinə daha uyğun imic formalaşdırmaq məqsədilə həyata keçirilib.