"Xankəndi" kapitanı ilə yola davam edəcək

Bölmə adı II Liqa
Yayımlandı 23-08-2025, 22:12

Yeni mövsümdə futbol üzrə Azərbaycan II Liqasında yarışacaq "Xankəndi" yeni müqavilə bağlayıb.

Sport1.az xəbər verir ki, AFFA Region Liqasının son qalibi kapitan Əziz Hüseynovla yeni mövsüm üçün 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Hüseynov daha öncə “Karvan”, “Qəbələ”, “Araz-Naxçıvan”, “Rəvan”, “Neftçala”, “Şəmkir”, “Turan”və "Füzuli” kimi komandalarda da çıxış edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR