İngiltərəli yarımmüdafiəçi Super Liqa təmsilçisinin hədəfində

Bölmə adı Türkiyə
Yayımlandı 23-07-2025, 15:51

"Antalyaspor" ingiltərəli yarımmüdafiəçi ilə maraqlanır.

Sport1.az xəbər verir ki, "Trabzonspor"un dayaq yarımmüdafiəçisi Con Lundstram digər Super Liqa klubu "Antalyaspor"un maraq dairəsinə düşüb. 31 yaşlı ingiltərəli futbolçunun klubla müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. Transfer dəyəri 2,8 milyon avro olan Lundstram ötən mövsüm 44 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR