"İnter" "Qalatasaray"ın təklifini qəbul etmədi

Bölmə adı Futbol
Yayımlandı 7-07-2025, 14:50

"Qalatasaray" Hakan Çalhanoğlu üçün "İnter"ə rəsmi təklif göndərib.

Sport1.az xəbər verir ki, bu barədə "Sport Mediaset" məlumat yayıb.

İtaliya klubu "sarı-qırmızılar"ın 17 milyon avroluq təklifini qəbul etməyib. Onlar 31 yaşlı yarımmüdafiəçi üçün 32 milyon avro tələb edir.

Qeyd edək ki, Hakan Çalhanoğlu ötən mövsüm "İnter"in heyətində keçirdiyi 47 oyunda 11 qol vurub, 8 qol ötürməsi edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR