Asim Xudiyevə UEFA-dan təyinat

Bölmə adı Futbol
Yayımlandı 7-07-2025, 11:40

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.

Sport1.az xəbər verir ki, o, Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanda “Dila” və Lüksemburqun "Rasinq” komandaları arasında keçiriləcək cavab oyununun hakim-inspektoru olacaq. A. Xudiyev Bosniya və Herseqovinadan olan hakimlər briqadasının işinə qiymət verəcək.

Qarşılaşma iyulun 17-də Qori şəhərində yerləşən “Tengiz Burjanadze” stadionunda oynanılacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR