Bildiyiniz kimi, "Mingəçevir" baş məşqçi Füzuli Məmmədovla yolları ayırıb.Sport1.az xəbər verir ki, bölgə təmsilçisi mütəxəssislə ortaq məxrəcə gəlib və vidalaşıb.
"Şəhərlilər"in 47 yaşlı məşqçi ilə 2 illik müqaviləsi var idi. Klub bu problemi necə həll edib?
Məsələ ilə bağlı redaksiyamıza maraqlı informasiya daxil olub. "Mingəçevir" Füzuli Məmmədova müqavilənin ləğv edilməsi üçün 17 min manat ödəniş edib. Bundan sonra, mütəxəssis klubla yolları ayırmağa razı olub.