"Sumqayıt"ı bu şəxs çalışdıracaq - İDDİA

Bölmə adı Premyer Liqa
Yayımlandı 6-07-2025, 12:40

"Sumqayıt"ın yeni baş məşqçisi bəlli olub.

Sport1.az xəbər verir ki, "kimyaçılar"ı Saşa İliç çalışdıracaq. Məlumatı "RPL SKY" nəşri yayıb.

Serbiyalı mütəxəssis ötən mövsüm Rusiyada "Pari NN"ə rəhbərlik edib.

Onun komandası 22 oyundan 4 qələbə, 4 heç-heçə və 14 məğlubiyyətlə ayrılıb.

Mütəxəssis bu gün ölkəmizə təşrif buyuracaq. Tərəflər arasında razılaşmanın müddəti 2 ildir. Balkanlı özü ilə bura ən azı 2 köməkçi gətirəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR