"Keyfiyyətli və güclü komandamız var" - "Sabah"ın braziliyalısı

Bölmə adı Premyer Liqa
Yayımlandı 6-07-2025, 10:38

Andrey Santos "Sabah"ın əsas heyətində təlim-məşq toplanışına qatılıb.

Sport1.az xəbər verir ki, ötən mövsum əvəzedici komandada çıxış edən müdafiəçi Braziliyanın “Lance" nəşrinə açıqlama verib:

"Yavaş-yavaş heyətdə yerimi qazanıram. Amma tam fədakarlıq və təvazökarlıqla işləməyə davam edəcəm. Keyfiyyətli və güclü komandamız var. Təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunlarında çox yaxşı çıxış etdik. Məqsədimiz Avropa Liqasında bacardıqca irəli getməkdir".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR