"Ordu" heyətini yarımmüdafiəçi ilə gücləndirdi

Bölmə adı I Liqa
Yayımlandı 5-07-2025, 23:01

I Liqa təmsilçisi "Ordu" heyətini gücləndirib.

Sport1.az xəbər verir ki, "hərbçilər" Hüseyn Əliyevi heyətinə qatıb.

Yarımmüdafiəçi ilə 2025/26 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Hüseyn Əliyev son olaraq "Mingəçevir"də çıxış edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR