SON DƏQİQƏ
"Atletiko"nun futbolçusu Rodriqo Rikelme La Liqada klubunu dəyişib.
Sport1.az xəbər verir ki, "Betis" ispaniyalı vingeri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Betis" Rikelme üçün qarşı tərəfə 8 milyon avro təzminat ödəyib. 25 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Rodriqo Rikelme ötən mövsüm "Atletiko"nun heyətində keçirdiyi 26 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.