son dəqiqə SON DƏQİQƏ
"Sabah"ın Liqa mərhələsində rəqibləri bu tarixdə müəyyənləşəcək Günün oyunları: Prezident İlham Əliyev "Sabah"ı qələbə münasibətilə təbrik edib ÇL: "Fənərbağça" əsas mərhələnin bir addımlığındadır - Tahir Gözəl də "Sabah"ı təbrik edib UEFA Çempionlar Liqası: Kamilo Duranın komandası turnirlə vidalaşıb AFFA prezidenti "Sabah"ı təbrik edib ÇL: "Hapoel"i darmadağın edən "Sabah" əsas mərhələdə - Premyer Liqa klublarının yay transferləri “Sabah”dan tarixi nəticə: Dambrauskas: “Bu gün səhvləri kənara qoyaq” “Hapoel”in baş məşqçisi: “İrəli baxmalıyıq” Fərid Qayıbov “Sabah”ı təbrik edib Premyer Liqada ilin ən yaxşı gənc oyunçusu seçildi "Sabah" Çempionlar Liqasında! - Kristofer Nkunku “Leypsiq”ə qayıtdı Fransada çıxış edəcək İngiltərədə klubunu dəyişdi “Beşiktaş” onunla bağlı qərarını verdi Göygöldə yeniyetmələr arasında seçim turniri keçirilib “Sabah” - “Hapoel”: Sabiq “Liverpul”lu İspaniya klubunda Braziliya millisinin üzvü “Tottenhem”də “Yuventus”dan “Bornmut”a Stolüstü tennisçilərimiz Şəkidə Priştinada 3 gümüş medal Beynəlxalq yarışlara qatılacaq Azərbaycan millisinin heyəti açıqlanıb "Qarabağ" və "Neftçi" "Mançester Siti"in sabiq futbolçusu uğrunda mübarizə aparır -

Fatih Terim ispan mütəxəssislə əvəzləndi

Bölmə adı Futbol
Yayımlandı 4-07-2025, 14:51

Səudiyyə Ərəbistanı klubu "Əl-Şabab"da yeni baş məşqçi təyinatı reallaşıb.

Sport1.az xəbər verir ki, ispaniyalı mütəxəssis İmanol Alquasil komandanın yeni çalışdırıcısı olub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, bu postda türkiyəli məşqçi Fatih Terimi əvəz edib. "Əl-Şəbab" ötən mövsüm çempionatı 60 xalla 6-cı yerdə tamamlayıb. Sözügedən komanda 71 yaşlı Terimin rəhbərliyi altında 23 matçda 12 qalibiyyət, 4 bərabərlik və 7 məğlubiyyətlə yadda qalıb.

Alquasil 2011-ci ildən vətənində "Real Sosyedad"da çalışırdı. 2018-ci ildə bu klubun baş məşqçisi olan mütəxəsssis 2 ildən sonra onunla İspaniya kubokunu qazanıb. 3 ay əvvəl rəhbərliklə fikir ayrılığına görə komandadan ayrılıb. 53 yaşlı mütəxəssisin xidmətində "Sevilya" da maraqlı idi.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR