AFFA komandalara vaxt verdi

Bölmə adı Futbol
Yayımlandı 2-07-2025, 16:06

Bu gündən etibarən AFFA-nın təşkil etdiyi U-8, U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər Liqasının 2025/2026 mövsümündə iştirak etmək istəyən komandaların qeydiyyat mərhələsinə start verilir.

Sport1.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Çempionatlara qoşulmaq istəyən komandalar üçün qeydiyyat prosesi avqustun 10-da, saat 14:00-da başa çatacaq.

Liqalarda iştirak etmək və qeydiyyatdan keçmək istəyənlər liqalar@affa.az elektron ünvanına müraciət etməlidirlər.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR