Qələbəyə görə böyük mükafat

Bölmə adı Futbol
Yayımlandı 2-07-2025, 13:34

Klublararası dünya çempionatının 1/8 final mərhələsində İngiltərənin "Mançester Siti" komandasına əlavə vaxtda 4:3 hesabı ilə qalib gələn Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun futbolçularına böyük məbləğdə pul mükafatı verilib.

Sport1.az xarici mətbuata istinadən xəbər verir ki, oyunçuların hər biri 2 milyon Səudiyyə rialı (təxminən 452 min avro) alıblar.

Matçdan sonra klub prezidenti Fahad bin Nafel paltardəyişmə otağına gedərək futbolçuları şəxsən təbrik edib.

Qeyd edək ki, bu qələbə sayəsində "Əl-Hilal" turnirin 1/4 final mərhələsinə vəsiqə qazanıb. Komanda iyulun 4-də Braziliya təmsilçisi "Fluminense" ilə qarşılaşacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR