SON DƏQİQƏ
"Atletiko" "Atalanta"nın müdafiəçisi Matteo Ruggeri ilə müqavilə imzaladığını açıqlayıb.
Sport1.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.
Bildirilir ki, Madrid klubu 22 yaşlı perspektivli futbolçu ilə 5 illik müqavilə imzalayıb. Müqavilənin dəyəri 17 milyon avrodur.
Qeyd edək ki, Ruggeri ötən mövsüm A Seriyasında 30 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.