Mbappe “Yuventus”a qarşı oynayacaq?

Bölmə adı Futbol
Yayımlandı 1-07-2025, 09:29

“Real”ın hücumçusu Kilian Mbappe klublararası dünya çempionatının 1/8 finalında "Yuventus"a qarşı oynaya biləcək.

Sport1.az xəbər verir ki, bu barədə İspaniya klubunun baş məşqçisi Xabi Alonso bildirib.

2“Mbappe özünü daha yaxşı hiss edir. O, oynamağa hazırdır”.

iyunun 19-da Mbappe kəskin qastroenterit diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Futbolçunun xəstəlik səbəbindən 4-5 kilo arıqladığı qeyd edilib.

Onu da qeyd edək ki, “Real Madrid” – “Yuventus” oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Müəllif: Sport1.az