"Atletiko"da ayrılıq

Bölmə adı İspaniya
Yayımlandı 30-06-2025, 19:02

"Atletiko" müdafiəçisi Reynildo Mandava ilə yolları ayırıb.

Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı oyunçu ilə müddəti başa çatan müqavilə uzadılmayıb.

Qeyd edək ki, R.Mandava 2022-ci ildən Madrid təmsilçisində çıxış edirdi. Komandanın heyətində 103 oyuna çıxan yarımmüdafiəçi iki qola, bir məhsuldar ötürməyə imza atıb.

Müəllif: Sport1.az