Dadaşov Polşa klubu ilə vidalaşdı

Bölmə adı Futbol
Yayımlandı 30-06-2025, 17:26

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşanın “Radomyak” klubu ilə vidalaşıb.

Sport1.az-ın məlumatına görə, 26 yaşlı hücumçu bu barədə şəxsi instaqram hesabında paylaşım edib.

"Təşəkkürlər, “Radomyak”. Klub üçün ən yaxşısını arzulayıram. Birlikdə möhtəşəm vaxt keçirdik", - deyə forvard bildirib.

Qeyd edək ki, Renat Dadaşov bu ilin fevralında Polşanın "Radomyak" komandasına keçib. O, Polşa təmsilçisində 2 qola imza atıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR