Məşhur klubda qadın prezident

Bölmə adı Fransa
Yayımlandı 30-06-2025, 16:06

“Lion”un yeni prezidenti müəyyənləşib.

Sport1.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klub prezidenti vəzifəsini xanım Mişel Kanq tutub. O, daha əvvəl Liqa 1 təmsilçisinin İdarə Heyətində yer alıb və sabiq rəhbər Con Tekstoru əvəzləyib.

Hazırda “Lion” Liqa 2-yə düşmək təhlükəsi ilə üz-üzə qalıb. Buna səbəb klubun borcunun olmasıdır. Rəhbərlik məsələ ilə bağlı apellyasiya şikayəti verib.

Qeyd edək ki, “Lion” ötən mövsüm Liqa 1-də 6-cı yeri tutaraq Avropa Liqasına vəsiqə qazanıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR