Millimizin qapıçısı klubundan ayrıldı

Bölmə adı Futbol
Yayımlandı 30-06-2025, 13:13

Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli Qazaxıstanın “Astana” komandasından ayrılıb.

Sport1.az xəbər verir ki, 34 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Karyeramda çox qeyri-adi və maraqlı bir mövsüm oldu. Həm təcrübə, həm də ən əsası, meydandan kənarda yeni dostlar qazandım. Komanda yoldaşlarıma və rəhbərliyə təşəkkür edir, onlara yeni mövsümdə uğurlar arzulayıram. Təşəkkürlər, Astana!", - deyə təcrübəli oyunçu yazıb.

Qeyd edək ki, Rövşən Hüseynli “Astana”ya ötən ilin yayında keçmişdi.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR