son dəqiqə SON DƏQİQƏ
ÇL: "Sabah"ın Liqa mərhələsindəki rəqibləri bu tarixdə müəyyənləşəcək Günün oyunları: Prezident İlham Əliyev "Sabah"ı qələbə münasibətilə təbrik edib ÇL: "Fənərbağça" əsas mərhələnin bir addımlığındadır - Tahir Gözəl də "Sabah"ı təbrik edib UEFA Çempionlar Liqası: Kamilo Duranın komandası turnirlə vidalaşıb AFFA prezidenti "Sabah"ı təbrik edib ÇL: "Hapoel"i darmadağın edən "Sabah" əsas mərhələdə - Premyer Liqa klublarının yay transferləri “Sabah”dan tarixi nəticə: Dambrauskas: “Bu gün səhvləri kənara qoyaq” “Hapoel”in baş məşqçisi: “İrəli baxmalıyıq” Fərid Qayıbov “Sabah”ı təbrik edib Premyer Liqada ilin ən yaxşı gənc oyunçusu seçildi "Sabah" Çempionlar Liqasında! - Kristofer Nkunku “Leypsiq”ə qayıtdı Fransada çıxış edəcək İngiltərədə klubunu dəyişdi “Beşiktaş” onunla bağlı qərarını verdi Göygöldə yeniyetmələr arasında seçim turniri keçirilib “Sabah” - “Hapoel”: Sabiq “Liverpul”lu İspaniya klubunda Braziliya millisinin üzvü “Tottenhem”də “Yuventus”dan “Bornmut”a Stolüstü tennisçilərimiz Şəkidə Priştinada 3 gümüş medal Beynəlxalq yarışlara qatılacaq Azərbaycan millisinin heyəti açıqlanıb "Qarabağ" və "Neftçi" "Mançester Siti"in sabiq futbolçusu uğrunda mübarizə aparır -

Paytaxt klubu 10 futbolçu ilə yolları ayırdı - AÇIQLAMA

Bölmə adı I Liqa / Manşet
Yayımlandı 30-06-2025, 11:22

I Liqa təmsilçilərindən "Baku Sportinq"də maliyyə problemi yaşanır.

Redaksiyamıza klubla bağlı maraqlı məlumat daxil olub. Sən demə, paytaxt təmsilçisi ötən mövsüm qışda transfer olunan futbolçuların maaşını ödəyib. Lakin 2024/25-ci "futbol ili"ndə komandaya keçən oyunçuların əməkhaqqıları verilməyib. Məlumatı dəqiqləşdirmək üçün klubun mətbuat katibi Araz Əhmədovla əlaqə saxladıq. "Baku Sportinq" rəsmisi mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

“Bizə federasiyadan bəlli büdcə ayrılıb. Həmin vəsait köçürülən kimi futbolçuların pullarını veririk. Deyək ki, martdakı maaşlarını apreldə, apreldəki maaşı isə mayda veririk. Bu sistem demək olar ölkəmizdəki əksəriyyət təşkilatlarda, o cümlədən idman və futbol sahəsində də belədir. Pul vəsaitləri bəzən gec köçə bilər. Qeyri-iş günlərinə görə ləngimələr olur ki, bunun nəticəsində bizdə də ödəmələr bir neçə gün gec verilə bilər. Amma klubumuzda heç vaxt aylarla futbolçuların maaşlarının gecikməsi olmayıb. Onu da xüsusi vurğulayım ki, oyunçularımız bütün maaşlarını alıblar".

Bakı təmsilçisinin sözçüsü komandanın nə vaxt təlim-məşq prosesinə start verəcəyi, oyunçulardan kimlərin yola salınıb, kimlərin qalması və yeni transferlərlə bağlı da danışdı:

“İyunun 28-də təlim-məşq toplanışına başlamışıq. Artıq komandamızdan 10 futbolçunu yola salmışıq. Söhbət Xəzər Mahmudov, Rəşad Həsənov, Şahin Zəkiyev, Azad Rəcəbov, Nazim Həsənzadə, Ruslan Süleymanov, Asim Əlizadə, Nazim Bağırov, Orxan Fərəcov, Ramil Rüstəmovdan gedir. Bir transfer həyata keçirmişik. Əvvəllər II Liqada formamızı geyinən, kapitan Röyal Nəcəfov yenidən “Baku Sportinq” şərəfini qoruyacaq. Təbii ki, transfer çalışmalarımızı davam edəcək”.

MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR