Nedved baş menecer oldu

Bölmə adı Futbol
Yayımlandı 30-06-2025, 10:49

2003-cü il "Qızıl top"un sahibi Pavel Nedved Çexiya millisinin baş meneceri kimi təqdim edilib.

Sport1.az xəbər verir ki, 52 yaşlı mütəxəssis ölkənin əsas komandası ilə yanaşı U-21 yığmasında da eyni səlahiyyətləri icra edəcək.

"Yuventus"un və Çexiya millisinin sabiq futbolçusu bu vəzifəyə Çexiya Futbol Federasiyasının İcraiyyə Komitəsinin yekdil qərarı ilə təyin edilib.

Nedved son olaraq Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubunda idman direktoru kimi çalışıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR