"Kəpəz" bu qolkiperlə razılaşdı - ÖZƏL

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 30-06-2025, 09:14

"Kəpəz" daha bir futbolçusu ilə müqavilə imzalayıb.

Sport1.az xəbər verir ki, Gəncə təmsilçisi Məmməd Hüseynovla saziş bağlayıb.

2024-cü ildə 26 yaşlı qolkiperlər "1+1" şərti ilə anlaşma əldə edilmişdi. Klub rəhbirliyi ilə danışıqlardan sonra oyunçunun müqaviləsindəki "+1" bəndi qüvvəyə minib.

Məmməd Hüseynov Gəncə təmsilçisində aylıq 2500 manat qazanacaq.

Qolkiper ötən mövsüm "Kəpəz"in heyətində 10 qarşılaşmada 18 qol buraxıb, 4 görüşdə qapısını toxunulmaz saxlayıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR