"Bavariya" PSJ-yə rəqib oldu

Bölmə adı Futbol
Yayımlandı 30-06-2025, 09:01

ABŞ-də baş tutan klublararası dünya çempionatının 1/8 final matçları keçirilir.

Sportal.az xəbər verir ki, "Hard Rock Stadium"da keçirilən matçda "Bavariya" Braziliya təmsilçisi "Flamenqo" ilə qarşılaşıb. Almaniya klubu 4:2 hesabı ilə qələbə qazanaraq adını 1/4 finala yazdırmağı bacarıb.

Qeyd edək ki, "Bavariya" bu mərhələdə PSJ ilə qarşılaşacaq. Matç iyulun 5-i saat 20:00-da baş tutacaq.

29 iyun

1/8 final

"Bavariya" - "Flamenqo" 4:2

Qollar: E.Pulqar,6(ö.q), H.Keyn,9, 73, L.Qoretska,41, - Gerson,33, Gorginyo,55(pen)

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR