Bölgə təmsilçisindən ayrılanların sayı 11-ə çatdı

Bölmə adı Premyer Liqa
Yayımlandı 29-06-2025, 18:56

"İmişli" altı futbolçusu ilə yollarını ayırıb.

Sport1.az xəbər verir ki, bu barədə İmişli təmsilçisinin rəsmi səhifəsi məlumat yayıb.

"İmişli" Timilehin Oluvaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Gilyerme Silva, Pablo Enrike və Xəyal Tomarov ilə başa çatan müqaviləni yeniləməyib.

Xatırladaq ki, "İmişli" daha əvvəl Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov və Nəbi Məmmədovla da yollarını ayırıb.

Müəllif: Sport1.az