"Qarabağ" Avstriya nəhəngi ilə qarşılaşacaq

Bölmə adı Premyer Liqa
Yayımlandı 29-06-2025, 18:29

“Qarabağ”ın Avstriyada keçiriləcək təlim-məşq toplanışında daha bir rəqibi müəyyənləşib.

Sport1.az xəbər verir ki, Azərbaycan çempionu “Zalstburq”la yoldaşlıq oyunu keçirəcək.

Bu barədə Avstriya klubunun mətbuat xidməti məlumat yayıb.

Görüş iyulun 15-də baş tutacaq və matça Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Xatırladaq ki, hazırlığın Avstriya mərhələsində Ağdam təmsilçisi Ukraynanın “Metalist 1925” klubu ilə də qüvvəsini sınayacaq (7 iyul).

Müəllif: Sport1.az