Modriç 60-a çatdı

Bölmə adı İspaniya
Yayımlandı 28-06-2025, 21:01

"Real"ın yarımmüdafiəçisi Luka Modriçlə bağlı maraqlı statistika açıqlanıb.

Sport1.az xəbər verir ki, xorvatiyalı futbolçu 2024/25-ci illər mövsümündə klub yarışlarında 60 oyun keçirib.

Beləliklə, Modriç 39 yaşında şəxsi rekordunu müəyyənləşdirib: o, əvvəllər heç vaxt bir mövsümdə bu qədər matç oynamayıb.

O, 60 qarşılaşmada 4 qol vurub və 9 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Modriç 2024/25-ci illər mövsümündə həmçinin 10 oyunda Xorvatiya millisinin formasını geyinib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR