Azərbaycan millisinin üzvü “Neftçi”də

Bölmə adı Premyer Liqa
Yayımlandı 28-06-2025, 19:14

"Neftçi” Azərbaycan milli komandasının üzvü Elvin Bədəlovu transfer edib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlanılıb.

Rusiyanın “Zenit” (Sankt-Peterburq) klubunun yetirməsi olan Bədəlov 2014-2017-ci illərdə “ağ-qaralar”ın şərəfini qoruyub. Sonuncu klubu “Sumqayıt”da (2019-2025) “Neftçi”nin baş məşqçisi Samir Abasovun rəhbərliyi altında da çıxış edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR