"Sabah" onunla vidalaşdı

Bölmə adı Azərbaycan
Yayımlandı 28-06-2025, 17:07

“Sabah” futbolçu Vinsent Till ilə yollarını ayırıb.

Sport1.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Lüksemburqlu yarımmüdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

Till 2023-cü ildən etibarən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandamızın heyətində 35 oyuna çıxaraq 3 qol vurub.

Müəllif: Sport1.az