son dəqiqə SON DƏQİQƏ
ÇL: "Sabah"ın Liqa mərhələsindəki rəqibləri bu tarixdə müəyyənləşəcək Günün oyunları: Prezident İlham Əliyev "Sabah"ı qələbə münasibətilə təbrik edib ÇL: "Fənərbağça" əsas mərhələnin bir addımlığındadır - Tahir Gözəl də "Sabah"ı təbrik edib UEFA Çempionlar Liqası: Kamilo Duranın komandası turnirlə vidalaşıb AFFA prezidenti "Sabah"ı təbrik edib ÇL: "Hapoel"i darmadağın edən "Sabah" əsas mərhələdə - Premyer Liqa klublarının yay transferləri “Sabah”dan tarixi nəticə: Dambrauskas: “Bu gün səhvləri kənara qoyaq” “Hapoel”in baş məşqçisi: “İrəli baxmalıyıq” Fərid Qayıbov “Sabah”ı təbrik edib Premyer Liqada ilin ən yaxşı gənc oyunçusu seçildi "Sabah" Çempionlar Liqasında! - Kristofer Nkunku “Leypsiq”ə qayıtdı Fransada çıxış edəcək İngiltərədə klubunu dəyişdi “Beşiktaş” onunla bağlı qərarını verdi Göygöldə yeniyetmələr arasında seçim turniri keçirilib “Sabah” - “Hapoel”: Sabiq “Liverpul”lu İspaniya klubunda Braziliya millisinin üzvü “Tottenhem”də “Yuventus”dan “Bornmut”a Stolüstü tennisçilərimiz Şəkidə Priştinada 3 gümüş medal Beynəlxalq yarışlara qatılacaq Azərbaycan millisinin heyəti açıqlanıb "Qarabağ" və "Neftçi" "Mançester Siti"in sabiq futbolçusu uğrunda mübarizə aparır -

"Qara Qarayev mənə "Araz-Naxçıvan"a gəlməyi məsləhət bildi"

Bölmə adı Azərbaycan
Yayımlandı 28-06-2025, 13:22

Patrik Andradeyə "Araz-Naxçıvan"a gəlməyi vaxtilə "Qarabağ"da da komanda yoldaşı olmuş Qara Qarayev məsləhət bilib.

Sport1.az xəbər verir ki, Kabo-Verde millisinin üzvü bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətinə açıqlamasında bildirib.

Bu gün səhər məşqində iştirak edən 32 yaşlı yarımmüdafiəçi keçidini müsbət dəyərləndirib:

“İlk növbədə mənə təklif göndərdiyinə və heyətində görmək istədiyinə görə “Araz-Naxçıvan”a təşəkkür edirəm. Bu komanda UEFA Konfrans Liqasında iştirak edəcək və rəhbərlik güclü heyət qurmağa çalışır. Həm mənim, həm də komandam üçün də yaxşı keçid olduğunu düşünürəm. “Araz-Naxçıvan”a bələdəm. Onlarla rəqib kimi qarşılaşmışıq”.

O, seçim edərkən dostu Qara Qarayevin məsləhətinə üstünlük verdiyini dilə gətirib:

“Araz-Naxçıvan”dan təklif gələn zaman vaxtilə bir klubda oynadığımız, hazırda da dostluq münasibətimiz olan Qara Qarayevlə danışdım. Klubla bağlı məlumatlı olsam da, ondan da bəzi suallarıma cavab aldım. Dostum bura gəlməyi məsləhət bildi. Yenə deyirəm, qarşıda bizi çətin Konfrans Liqası oyunları və gərgin çempionat matçları gözləyir. Deməli, birgə bu oyunlarda uğur qazanmalıyıq”.

Yarımmüdafiəçi Konfrans Liqasındakı rəqiblə bağlı da qısa fikir bildirib:

“Mövsümə “Aris”ə qarşı oyunlarla başlayacağıq. Hazırlaşmaq, işləmək üçün zamanımız var. Əlbəttə, bizi çətin oyunlar gözləyir. Maraqlı qarşılaşmalar olacaq. Yaxşı hazırlaşmaq üçün çox çalışmalıyıq. Gündən-günə daha yaxşı olacağıq və hər birimiz mərhələ keçməyə köklənməliyik”.

Qeyd edək ki, Patrik Andrade "Araz-Naxçıvan"la “1+1" illik müqavilə imzalayıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR