Millimiz Belarusa qarşı

Bölmə adı Azərbaycan
Yayımlandı 28-06-2025, 12:02

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununa çıxacaq.

Sport1.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Belarus yığması ilə üz-üzə gələcək.

Jodinodakı "Torpedo" stadionunda keçiriləcək ilk görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Qeyd edək ki, millimiz iyulun 1-də Belarusla daha bir yoxlama matçı keçirəcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR