Bölgə klubu bu transferi bitirdi - ÖZƏL

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 28-06-2025, 00:19

Premyer Liqanın yeni iştirakçısı olan "İmişli" heyətini formalaşdırmağa davam edir.

Sport1.az xəbər verir ki, bölgə təmsilçisi yerli futbolçu ilə güclənib.

İmişlilər "Neftçi"dən ayrılan Azər Salahlı ilə danışıqları yekunlaşdırıb. Müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Azər Salahlı karyerası ərzində "İnter", "Qarabağ", "Sumqayıt", "Keşlə" kimi klublarda çıxış edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR