İngiltərə klubunda yeni baş məşqçi

Bölmə adı İngiltərə
Yayımlandı 27-06-2025, 18:52

Kit Endryus İngiltərə Premyer Liqası təmsilçisi "Brentford"un baş məşqçi vəzifəsinə təyin olunub.

Sport1.az xəbər verir ki, 44 yaşlı mütəxəssis iyunun 12-də “Tottenhem”lə 3 illik müqavilə imzalayan sabiq baş məşqçi Tomas Frankı əvəzləyib.

K.Endryus 2024-cü ilin yayından "Brentford"da standart vəziyyətlər üzrə məşqçi funksiyasını yerinə yetirir. O, daha əvvəl "Şeffild Yunayted", "Milton-Kins Dons" klublarında və İrlandiya millisində məşqçi kimi çalışıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR