Holanddan 300-cü qol

Bölmə adı Futbol
Yayımlandı 27-06-2025, 09:29

Norveçli hücumçu Erlonq Holand karyerasında 300-cü qolu vurub.

Sport1.az xəbər verir ki, yubiley qolu klublararası dünya çempionatına təsadüf edib.

"Mançester Siti"nin 24 yaşlı forvardı turnirin qrup mərhələsində "Yuventus"la görüşün 52-ci dəqiqəsində fərqlənib.

Qeyd edək ki, Holand bu qolların 42-ni Norveç millisinin heyətində vurub.

Müəllif: Sport1.az