"Real"ın furbolçusu üç ay oynamayacaq

Bölmə adı İspaniya
Yayımlandı 27-06-2025, 09:00

"Real"ın hücumameyilli yarımmüdafiəçisi Jud Bellingem 3 ay yaşıl meydanlardan kənarda qalacaq.

Sport1.az İspaniyanın AS nəşrinə istinadən xəbər verir ki, gənc futbolçu klublararası dünya çempionatında iştirakı başa çatdıqdan sonra çiynindən əməliyyat olunacaq.

O, bərpa prosesi zamanı 9-10 matçı buraxacaq.

Məlumata görə, 21 yaşlı yarımmüdafiəçi 3 aylıq reabilitasiya prosesi keçəcək və oktyabra kimi futbol oynaya bilməyəcək.

İngilis ulduzun məzuniyyətini çiyin əməliyyatına qurban verəcəyi də qeyd edilir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR