"İnter" polşalı futbolçu aldı

Bölmə adı İtaliya
Yayımlandı 24-06-2025, 20:47

Müqavilə ilə "Roma"ya məxsus olan Polşa millisinin üzvü Nikola Zalevski İtaliyanın digər nəhəngi "İnter"ə transfer olunub.

Sport1.az xəbər verir ki, bu barədə Milan klubunun mətbuat xidməti məlumat yayıb.

"İnter" 2025-ci ilin fevralından icarə əsasında xidmətindən yararlandığı sol cinah müdafiəçisinin transfer hüququna yiyələnib. Klub imzalanan müqavilənin təfərrüatlarını açıqlamasa da, tanınmış insayder Fabritsio Romano “Roma”nın öz oyunçusu üçün qarşı tərəfdən 6 milyon avro aldığını bildirib.

"Transfermarkt"də müqavilənin müddətinin 2029-cu ilin yayına kimi nəzərdə tutulduğu qeyd olunub.

Zalevski qışdan bu yana "İnter"in heyətində bütün turnirlərdə 17 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Polyak Milan klubuna icarəyə verilməzdən əvvəl - 2021-ci ildən çıxış etdiyi "Roma"da ümumilikdə 123 matç keçirib, 2 qol vurub və 9 məhsuldar ötürmə müəllifi olub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR