PSJ futbolçusunu icarəyə verdi

Bölmə adı Fransa
Yayımlandı 24-06-2025, 15:50

Fransanın PSJ komandası futbolçusu Yoram Zaqı icarəyə verib.

Sport1.az xəbər verir ki, 19 yaşlı müdafiəçi Danimarkanın “Kopenhagen” klubuna keçib. O, növbəti ilin yayınadək paytaxt təmsilçisinin şərəfini qoruyacaq.

Fransanın U-19 komandasında da çıxış edən gənc oyunçu ötən mövsüm PSJ-nin heyətində 9 matçda iştirak edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR