PFL rəsmisinə UEFA-dan təyinat

Bölmə adı Futbol
Yayımlandı 24-06-2025, 11:50

Peşəkar Futbol Liqasının (PFL) icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.[/b]

[b]Sport1.az
xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

O, UEFA Konfrans Liqasının I təsnifat mərhələsində iyulun 10-da keçiriləcək “Torpedo-BelAZ” (Belarus) - “Rabotniçki” (Şimali Makedoniya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda baş tutacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR