"Neftçi"dən Ozobiçlə bağlı qərar - RƏSMİ

Bölmə adı Azərbaycan
Yayımlandı 24-06-2025, 10:52

“Neftçi” klubu futbolçusu Filip Ozobiçlə yollarını ayırıb.

Sport1.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

Qeyd edək ki, 2023-cü ilin yayından “Neftçi”də çıxış edən Ozobiç bu müddətdə 70 rəsmi oyunda meydana çıxıb, 16 qol vurub.

Müəllif: Sport1.az