"Araz-Naxçıvan"a lazım olmadı, Koreyaya getdi

Bölmə adı Futbol
Yayımlandı 22-06-2025, 10:00

2024/25 mövsümünü “Araz-Naxçıvan”da keçirmiş Karlos Jatoba özünə yeni komanda tapıb.

Sport1.az xəbər verir ki, Naxçıvan klubuna lazım olmayan legioner Cənubi Koreyada oynayacaq.

Braziliyalı “Daequ” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Jatoba "Araz-Naxçıvan"ın heyətində 18 matçda 1 məhsuldar ötürmə edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR